Çində torpaq sürüşməsi nəticəsində ölənlərin sayı artıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Çinin cənub-qərbindəki Yunnan əyalətində baş verən sürüşmə nəticəsində
ölənlərin sayı 11 nəfərə çatıb, xilasetmə işləri davam edir.
Hadisə yerində 1000-dən çox insan axtarış-xilasetmə işləri aparır, işə
hərbçilər cəlb olunub.
Qeyd edək ki, fövqəladə hadisə bazar ertəsi Pekin vaxtı ilə saat 05:51-də
(Bakı vaxtı ilə 01:51) Çjaotonq şəhəri yaxınlığındakı Lyanşuy kəndində baş
verib. Səlahiyyətlilər itkin düşənlərin axtarışı və xilas edilməsi üçün bir
neçə qurumun resurslarını səfərbər ediblər. Yüzlərlə insan təbii fəlakət
zonasından təxliyə edilib.
Çinin Sədri Si Cinpin axtarış-xilasetmə əməliyyatlarının aparılması üçün
maksimum səy göstərilməsi barədə göstəriş verib.
Mənbə: TASS