23695923-bc86-4753-8fb4-b76ef9013f52..jpg

“CinemaPlus” kinoteatrlar şəbəkəsində “Klassik Azərbaycan filmlərinin retrospektiv baxışı” keçiriləcək – FOTO

Baxış sayı: 776 dəfə baxılıb.

“CinemaPlus” kinoteatrlar şəbəkəsində “Klassik Azərbaycan filmlərinin
retrospektiv baxışı” keçiriləcək – FOTO

Azərbaycan Kinosu Günü münasibətilə “CinemaPlus” kinoteatrlar şəbəkəsində
“Klassik Azərbaycan filmlərinin retrospektiv baxışı” keçiriləcək.

Cixisyolu.com xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Xalq artistləri
Rasim Balayev, Vaqif Mustafayev, Əməkdar incəsənət xadimi Ayaz Salayev, Əməkdar
artist Zemfira Sadıxova və digər bir sıra əməkdar incəsənət xadimləri, kino
rejissorlar, tanınmış aktyorlar, kino həvəskarları və mətbuat nümayəndələri
iştirak ediblər.

Qeyd edək ki, kino işçilərinin peşə bayramı – Azərbaycan Kinosu Günü
münasibətilə Azərbaycan kinosunun 125, “Azərbaycanfilm” kinostudiyasının 100
illiyi münasibətilə “CinemaPlus” premium kinoteatrlar şəbəkəsində Mədəniyyət
Nazirliyi, Kino Agentliyi və “Azərbaycanfilm” kinostudiyası ilə birgə avqustun
3-dən 10-dək “Klassik Azərbaycan filmlərinin retrospektiv baxışı” təşkil
olunacaq.

Retrospektiv baxış müddətində “CinemaPlus” kinoteatrlar şəbəkəsində aşağıdakı
filmlərin nümayişi nəzərdə tutulub. “Arşın mal alan”, “Bəxtiyar”, “O olmasın,
bu olsun”, “Ögey ana”, “Uzaq sahillərdə”, “Əhməd haradadır? ”, “Sehrli xalat”,
“Bir cənub şəhərində”, “Bizim Cəbiş müəllim”, “Şərikli çörək”, “Axırıncı
aşırım” , “Gün keçdi”,. “Nəsimi” , “Əzablı yollar”, “Evlənmək istəyirəm”,
“Bəyin oğurlanması”, “Cin mikrorayonda”, “Atları yəhərləyin”, “Süd dişinin
ağrısı”, “Yaramaz”, “Ölsəm bağışla” filmləri nümayiş olunacaq.

“CinemaPlus” bütün kinosevərlər və milli kinomuza dəyər verənləri
səbirsizliklə gözləyir. Ətraflı məlumat “CinemaPlus”un sosial şəbəkə
hesablarında və kinoteatrın saytında qeyd olunacaq.

Nəzrin Vahid

Source link