Hər il yayın ilk günü möhtəşəm hadisə baş verir – Uşaqların müdafiəsi günü!
Bu bayram hamıya uşaqları qarşılıqsız sevməyin və onları xoşbəxt etməyin vacibliyini xatırladır. Bu sevincli gündə “CinemaPlus 28 Mall” premium kinoteatrında Şəhid ailərinin, Mehriban Zeynalovanın “Təmiz həyat” İctimai Birliyinin, Daun sindromlu və aztəminatlı ailələrin uşaqları üçün əyləncə proqramı təşkil olunub.
125 nəfərə yaxın uşaq kloun Aquşanın çıxışını izləyiblər. Daha sonra gənc tamaşaçılar 2018-ci ildə “Cinemazadeh” studiyası tərəfindən azərbaycan dilinə peşəkar dublyaj olunmuş “Ağ atlı şahzadə” animasiya filmini izləyiblər.
Filmi Kəmalə Piriyeva, Vüsal Murtuzəliyev, Zümrüd Bədəlova, Pərviz Məmmədrzayev, Elşən Rüstəmov, Elman Rəfiyev, Səid Nizami, Nəzakət Məmmədli, Hüsniyyə Mürvətova, Xumar Səlimova, Samirə Rəcəbli, Zemfira Əbdülsəmədova, Rövşən Məmmədli və Xətai Əli səsləndiriblər.
Dublyajın baş redaktoru Xətai Əli, rejissoru Rövşən Məmmədli, səs rejissoru və səs operatoru Natiq Şəkər Əli, tərcüməçi Afaq Vasifqızı, post prodakşn supervayzeri Vüqar İslamzadə, baş prodüseri Cəfər Axundzadədir.
Ailəvi komediya cizgi filminin rejissoru Ross Venokurdur.
Animasiya filmi haqqında qısa məlumat: Yaraşıqlı şahzadəni hər kəs arzulayır, Ağ atlı şahzadəni isə ümumiyyətlə. Bizim şahzadəmizə vergi hələ doğularkən verilib: qızlar onun gülüşü üçün hər şeyə razıdırlar, o isə bunun əvəzində kişilərin mömin qəzəbinə tuş gələcək.
Bu vəziyyət ömürlük davam edə bilməz, gec-tez vergi lənətə çevriləcək. İndi yaraşıqlı şahzadənin Krallığı özündən xilas etmək üçün üç günü var.
Tədbirin təşkilində dəstəyi XXI əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi göstərib. Media dəstəyi “ARB Günəş” uşaq televiziyasıdır.
“CinemaPlus” bundan sonra da öz xoş ənənəsini – uşaqlara sevinc bəxş etməyi davam etdirəcək.