“CinemaPlus”da “Dörd baş” filmi təqdim olunub – FOTO + VİDEO

“CinemaPlus”da “Dörd baş” filmi təqdim olunub – FOTO + VİDEO

Baxış sayı: 2. 022 dəfə baxılıb.

“Gənclik Mall” TM-də yerləşən “CinemaPlus” premium kinoteatrında komediya janrında olan “Dörd baş” filminin premyerası keçirilib.

ÇıxışYolu.Com xəbər verir ki, filmin qalasında “Dörd baş”da rol alan aktyorlar, tanınmış incəsənət nümayəndələri, qonaqlar, media nümayəndələri iştirak ediblər.

Filmin nümayişindən əvvəl foyedə qonaqlar üçün furşet təqdim olunub.

Filmin rejissoru Natiq Novruzovdur. Filmdə əsas rolları Azər Axşam, Nofel Şahlaroğlu, Ceyhun Məmmədli, Natiq Fərzəliyev ifa ediblər.

Filmin süjet xəttinə görə, kənddə aktyorluqla məşğul olan Şərifin yuxusuna atası girir və özünü molla kimi təqdim edən fırıldaqçının ucbatından neytral zonada qaldığını deyir. Şərifin həyatı bu yuxudan sonra alt-üst olur. İş o yerə gəlib çıxır ki, onu həbs edirlər. Bütün hadisələr bundan sonra cərəyan edir. 

Film aprelin 19-dan etibarən “CinemaPlus” kinoteatrlar şəbəkəsində nümayiş olunur.

“CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.

www.ÇıxışYolu.Com