“CinemaPlus Azerbaijan” premium kinoteatrında aprelin 4-ü və 6-sı Frankfoniya kinofestivalı çərçivəsində “Adama” və “Anam və ailəmizin digər qeyri-adi üzvləri” filmlərinin nümayişi keçiriləcək. Festivalda filmlərdən öncə Fransa səfirliyinin nümayəndələrinin çıxışı olacaq.
Aprelin 4-ü, saat 19:00-da Fransa istehsalı olan, Simona Rubinin “Adama” animasiya filminin nümayişi keçiriləcək. Format: 2D, fransız dilində ingilis subtitrləri ilə. Yaş məhdudiyyəti 0+.
Qərbi Afrikanın uzaq bir kəndində 12 yaşlı Adama yaşayır. Nassarasların hökmranlıq etdiyi, sahil qayalarının o tayında, valehedici bir dünya var. O, ağsaqqalların qadağasına baxmayaraq, itkin düşən böyük qardaşı Sambanı tapmağa qərar verir.
Uşaq qətiyyəti ilə kişilik yolunda inkişaf edən Adama qardaşının axtarışına çıxır və bu yol onu dənizin o tayına, Şimala, Birinci Dünya Müharibəsinin cəbhə xəttinə gətirib çıxarır. Hadisələr 1916-cı ildə baş verir.
Aprelin 6-sı, saat 19:00-da İboyya Feketenin “Anam və ailəmizin digər qeyri-adi üzvlər” macar dramının nümayişi keçiriləcək. Dil: macar və ingilis. Subtitrlər: fransız. Yaş məhdudiyyəti 12+.
XX əsrin əvvəlindən 2000-ci illərə qədər dörd nəslin hekayəsini təqdim edən bir filmdir. Filmin əsas personaji 94 yaşlı Ana həyatında 27 dəfə bir yerdən o birinə köçüb. Narahat xarakterli bu qadın təhlükə anlayışı haqda xüsusi bir fikirə malikdir.
O, bu səbəbdən ətrafında cüzi təhlükə hiss etdikdə həyat yoldaşı və qızını ölkənin müxtəlif yerlərinə göndərir. Onların öhdəsinə XX əsrin hazırladığı gözlənilməz hadisələrə, iki dünya müharibəsinə, 1956-cı il hadisəsinə və digər dəyişikliklərə tab gətirmək düşəcək. Lakin bütün bunlara baxmayaraq, onlar ruh yüksəkliyini saxlayaraq, birgə əl-ələ köçürlər.
Giriş pulsuzdur.
“CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino tarixində olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır.