37f9f1e7-ed74-4983-86bd-7b72a3e69101..jpg

“CinemaPlus”da “Həyat, deyəsən, gözəldir” filminin qala gecəsi keçirildi – FOTO

Baxış sayı: 579 dəfə baxılıb.

“CinemaPlus”da “Həyat, deyəsən, gözəldir” filminin qala gecəsi keçirildi – FOTO

“CinemaPlus”da “Həyat, deyəsən, gözəldir” filminin qala gecəsi keçirilib.

Cixisyolu.com xəbər verir ki, Gənclik Mallda yerləşən “CinemaPlus” kinoteatrlar
şəbəkəsində sentyabrın 21-dən etibarən Xalq artisti Vaqif Mustafayevin “Həyat,
deyəsən, gözəldir” tragikomediya filminin Azərbaycan dilində nümayişi başlayıb.

Ekran əsəri Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm”
kinostudiyası tərəfindən istehsal olunub.

Baş rollarda Hikmət Rəhimov, Nino Qomarteli, Dmitri Samxaradze, Giorgi Çeliya,
Aftandil Maxaradze, Sevinc Əliyeva, Anaida Rostovskaya və başqaları çəkilib.

Film erməni daşnaklarının 30 ilə yaxın bir müddətdə zəbt edərək talayıb viran
qoyduğu Qarabağ torpaqları uğrunda gedən 44 günlük Vətən müharibəsindəki
Zəfərimizdən bəhs edir. Azərbaycan Ordusunun hücumları nəticəsində ermənilər
aciz qalır, təlaşa düşürlər. Əsir alınan erməni əsgərləri arasında iki qardaş
da var. Qardaşların sonrakı aqibəti tragikomik janrda olan ekran əsərinin
əsasını təşkil edir.

Çəkilişlər Xocavənd rayonunun Hadrut kəndində, Xızı rayonunda, Bakı və Abşeron
yarımadasında aparılıb.

Ekran işinin beynəlxalq premyerası 2022-ci il noyabrın 4-də “Qorqud Ata” Türk
Dünyası Film Festivalında baş tutub və əsərin rejissoru, ssenari müəllifi V.
Mustafayev “Türk dünyasının ən yaxşı rejissoru” nominasiyası üzrə
mükafatlandırılıb.

Nəzrin Vahid

Source link