5f122c9a-1e9d-42c4-b1cd-8d445305a09f..jpg

Çingiz Abdullayevdən Qazaxıstan xalqına: “İlk zənginizdə uçub gəlməyə və sizə kömək etməyə hazıram” – FOTO

Baxış sayı: 2. 330 dəfə baxılıb.

Çingiz Abdullayevdən Qazaxıstan xalqına: “İlk zənginizdə uçub gəlməyə və sizə
kömək etməyə hazıram” – FOTO

Azərbaycanın Xalq yazıçısı Çingiz Abdullayev Qazaxıstan xalqına müraciət edib.

“Qazaxıstan dünyanın ən böyük müsəlman ölkəsidir və orada baş verəcək hər
hansı bir sarsıntı bütün Orta Asiyaya, bütün Avrasiyaya təsir edəcək. Bu ölkədə
yüz minlərlə oxucum var. Məni Astanada necə qarşıladıqlarını heç vaxt
unutmayacağam.

Əziz bacı və qardaşlarım, ilk zənginizdə sizə kömək etməyə və uçub gəlməyə
hazıram. 90-cı ilin yanvarında bizim üçün ağır günlərdə Azərbaycanın
müdafiəsinə səs verən azsaylılardan biri də Qazaxıstanın xalq şairi Oljas
Süleymanov idi. Biz bunu heç vaxt unutmayacağıq. İndi bizim növbəmizdir. Biz
hər zaman sizin yanınızdayıq! Hər zaman və hər şəraitdə!”, – deyə məşhur yazıçı
özünün “Facebook” səhifəsində yazıb.


Source link