82483815-d117-449d-919d-dbf8d6e2594f..jpg

Çingiz Aytmatovun abidəsi nə zaman hazır olacaq?

Baxış sayı: 506 dəfə baxılıb.

Çingiz Aytmatovun abidəsi nə zaman hazır olacaq?
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun abidəsinin son tamamlama işləri
görülür.

Bu barədə APA-nın sorğusuna cavab olaraq, Azərbaycan Rəssamlar İttifaqı
nəzdində İstehsalat Yaradıcılıq Kombinatının direktoru Baloğlan Hüseynov
məlumat verib.

Onun sözlərinə görə, abidə gələn həftə hazır olacaq:

“Proses sürətlə davam etdirilir”.

Xatırladaq ki, abidə Binəqədi rayonu Süleyman Sani Axundov küçəsi və Binəqədi
şosesinin kəsişməsindəki parkda ucaldılacaq.

Qeyd edək ki, Prezident İlham Əliyev Qırğızıstan Xalq yazıçısı Çingiz
Aytmatovun Bakı şəhərində abidəsinin ucaldılması ilə bağlı Sərəncam imzalayıb.

Source link