Çingiz Əlləzov erməni döyüşçülər Qriqoryan və Petrosyandan danışdı – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Marat Qriqoryana qalib gəldikdən sonra dedim ki, Qevorq Petrosyanla istədiyi
vaxt döyüşməyə hazıram”.
Bu sözləri Baku TV-yə açıqlamasında kikboksinq üzrə “One Championship” Dünya
Qran-prisinin qalibi və yüngül çəkidə mütləq çempion Çingiz Əlləzov deyib.
O, erməni döyüşçüləri M.Qriqoryan və Q.Petrosyanı müqayisə edib:
“İkisini müqayisə etsək, M.Qriqoryan daha güclüdür. O, son 10 ildə ermənilərin
dünya miqyasında ən güclü döyüşçüsüdür, M.Qriqoryandan yaxşısı yoxdur. Mən də
onunla işimi bitirdim”.
Qeyd edək ki, 30 yaşlı idmançı “ONE Fight Night 13” turnirində ermənistanlı
Marat Qriqoryanı məğlub edib.
Ətraflı süjetdə: