Çingiz Hüseynzadə: “Bayram ab-havasında oyun izlədik”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Bu gün bayram ab-havasında oyun izlədik”.
“Report”un məlumatına görə, bu sözləri Milli Olimpiya Komitəsinin (MOK)
vitse-prezidenti Çingiz Hüseynzadə deyib.
Qadınlar arasında voleybol üzrə Azərbaycan çempionatının final oyunu
çərçivəsində keçirilən “Azərreyl” – ”Abşeron” (3:1) matçının ardından baş tutan
bağlanış mərasimində danışan komitə rəsmisi qalib komandanı təbrik edib:
“Dünən kişilər arasında görüş olduqca gərgin idman şəraitində keçdi. Bu gün
isə “Azərreyl” – “Abşeron” matçı haqda eyni sözləri demək olar. Belə
qarşılaşmalar Azərbaycanda voleybolun inkişafını göstərir”.