633fa1b9-8c00-4103-8603-aca82085139d.jpg

Çingiz Hüseynzadə: “Hakimlər də insandır, səhv edirlər”

Baxış sayı: 143 dəfə baxılıb.

“Olimpiadalarda əsas üç idman növü üzrə medallar qazanırıq – güləş, cüdo və
boks. Çünki bunlar təkbətək döyüş növləridir və ölkəmizdə bu ənənə qədimdən
mövcuddur. Azərbaycan müstəqillik qazandıqdan sonra əsas bu üç idman növü
inkişaf etməyə başladı”.

Bu sözləri Cixisyolu.com-a videomüsahibəsində Milli Olimpiya Komitəsinin (MOK)
vitse-prezidentiÇingiz Hüseynzadə deyib.

O, Paris-2024 Yay Olimpiya Oyunlarında Azərbaycan millisinin əldə etdiyi
göstəricilərdən, MOK-un növbəti olimpiya oyunları üçün hazırlığından və nəsil
dəyişikliyi prosesindən bəhs edib:

– Paris Olimpiadasına nisbətən çox idmançı ilə qatılsaq da, cəmi yeddi medal
qazandıq. Bu nə ilə əlaqədar idi, hakimlərin ədalətsiz qərarları da bunda rol
oynadı?

– Hakimlərin haqsızlığı hər zaman ola bilər. Bu, fərdi məsələdir. Hakimlərin
bizə qarşı sistematik haqsızlıq etdiklərini qəbul etmirəm, elə deyil. Hakimlik
95-99 faiz ədalətli keçir. Lakin bəzi hallar olur, hakimlər də insandır, səhv
edirlər.

Bizim medallarımızın sayının az olmasına, əsasən, idmançılarımızın yarış
ərəfəsində çox zədə almaları səbəb oldu. Sırf zədə səbəbindən yüzfaizlik iki
medalı itirdik. Cüdoda Elcan (Hacıyev – red.) medal qazana bilərdi, zədələndi,
güləşdə Sənan Süleymanov da medal qazana bilərdi, zədələndi. Digər yarışlarda
oxşar hallar oldu.

Elə olimpiada olub, 18, eləsi də olub, cəmi yeddi medal qazanmışıq. Əsas odur
ki, olimpiadaya hazırlıq dövrü güclü olsun. Məsələn, fikir vermisinizsə,
idmançılarımız son iki ildə böyük nəticələr əldə ediblər, dünya, Avropa
çempionu olublar, stabillik nümayiş etdiriblər. Nə qədər çox stabil idmançı
yetişdirsək, olimpiya oyunlarında da nəticələri olacaq.

Ətraflı – videomüsahibədə:

Çingiz Hüseynzadə: “Hakimlər də insandır, səhv edirlər”
Çingiz Hüseynzadə: “Hakimlər də insandır, səhv edirlər”

Anar Həsənov

Source link