Azərbaycanı “Eurovision” beynəlxalq mahnı müsabiqəsində təmsil edən Çingiz Mustafayevin Təl-Əviv Expo Mərkəzinin səhnəsində ikinci məşqi olub.
ÇıxışYolu.Com xəbər verir ki, müğənni “Truth” mahnısını ifa edib və şou göstərib.
Səhnədə üçbucaq formalı, kənarlarında işıqlar olan dekorasiya quraşdırılıb, arxa fonda mavi dalğalı effektlərlə, qadın silueti nəzərə çarpıb.
Həmçinin səhnədə iki ədəd robotdan istifadə olunub. Həmin robotlar qollarındakı lazerlərlə Çingizin üzərinə ürək şəklini həkk etdiriblər.
Rəşad Əliyev