Çinin Azərbaycandakı səfiri ilə COP29-a hazırlıq tədbirləri müzakirə olunub
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Qo
Min ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş
keçirilib.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüşdə Azərbaycanın bu il ev sahibliyi edəcəyi BMT-nin İqlim
Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu
sessiyasına (COP29) hazırlıq tədbirləri ətrafında fikir mübadiləsi aparılıb və
qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olunub.