Avropa Kosmik Agentliyi Çinə aid “The Tiangong-1” kosmik bazası ilə bağlı açıqlama verib.
ÇıxışYolu.Com-ın məlumatına görə, verilən açıqlamada bildirilib ki, iki ildir kosmosda nəzarətsiz qalan və özündə zəhərli kimyəvi maddələr daşıyan Çinin “The Tiangong-1” kosmik bazası 29 mart – 9 aprel aralığında Yerə dəyəcək:
“2016-cı ilin sentyabr ayından etibarək Çinin ilk prototip stansiyası olan “The Tiangong-1” kosmik bazası 20 gündən sonra Yer kürəsinə dəyəcək. Artıq o, dünyaya yaxınlaşmaq üzrədir. Kosmik bazanın ABŞ, Avropa və Yeni Zelandiyaya düşməsi ehtimal olunur”.