1c116268-7b4a-4350-abdf-fff2cfb7c200..jpg

Çinin xüsusi nümayəndəsi: “Azərbaycan strateji baxımdan vacib nöqtədə yerləşir”

Baxış sayı: 840 dəfə baxılıb.

Çinin xüsusi nümayəndəsi: “Azərbaycan strateji baxımdan vacib nöqtədə yerləşir”

“İlk dəfədir bu konfransda iştirak edirəm, Azərbaycanın qonaqpərvərliyi,
zəngin mədəniyyəti və tarixi çox xoşuma gəldi”.

APA xəbər verir ki, bunu X Qlobal Bakı Forumunda iştirak edən Çin Hökumətinin
Avropa Məsələləri üzrə xüsusi nümayəndəsi, vaxtilə BMT-nin Baş katibini
əvəzləmiş və Çinin Almaniyadakı keçmiş səfiri Vu Honqbo deyib.

O, Çinin “Vahid kəmər, vahid yol” layihəsinin 100-dən çox ölkəni ətrafında
birləşdirdiyini xatırladıb. Vu Honqbo Azərbaycanla Çin arasında strateji
əməkdaşlığa da toxunub.

“Azərbaycanla strateji baxımından uzunmüddətli, tarixi əlaqələrimiz var.
İkitərəfli münasibətlərimiz yaxşı səviyyədədir, bu il diplomatik
münasibətlərimizin 31-ci ilini qeyd edirik. Ötən 30 il ərzində biz Azərbaycanla
yaxşı dost olmuşuq, əməkdaşlığımız, iqtisadi əlaqələrimiz inkişaf edib, sizin
Prezidentiniz ölkəmizə səfər edib. Ötən il Şanxay konfransında liderlərimiz
görüşüb və bu görüşdə tərəflər münasibətlərimizin inkişaf etdirilməsi ilə bağlı
konsensus əldə edib. Hər iki ölkə əməkdaşlıqla bağlı sahələri müəyyən edib ki,
bura infrastruktur, transportasiya və s. daxildir. Azərbaycan strateji baxımdan
vacib nöqtədə yerləşir. Ötən aylar ərzində karqo daşımaları ilə bağlı artımı
müşahidə etmişik. Bizim şirkətlərimiz birgə layihələr həyata keçirə bilər,
bununla bağlı zəngin potensial var”, – o deyib.

Source link