Çinin Henan əyalətinin Suyçan şəhər dairəsində attraksionda bədbəxt hadisə baş verib.
ÇıxışYolu.Com “Daily Mail”ə istinadən xəbər verir ki, 23 yaşlı müştərinin təhlükəsizlik kəməri öz-özünə açılıb.
Təşviş içində olan izdiham onu vaxtında attraksiondan kənara tullanmağa səsləsə də, o bunu bacarmayı və yerə çırpılaraq ölümcül bədən xəsarətləri alıb.
Zərərçəkən dərhal xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyib.
İlkin araşdırmaya əsasən, bədbəxt hadisə texniki nasazlıq səbəbindən baş verib.