Çin yığmasının futbolçularına bədənlərində döymə etmələri qadağan edilib.
ÇıxışYolu.Com Lenta.ru-ya istinadla xəbər verir ki, əks halda onlar komandadan qovulacaq.
Futbolçular Uelslə yoldaşlıq oyunu zamanı döymələri yapışqanla gizlədiblər.
Məmurların fikrincə, idmançılar bütün səviyyədə sağlam həyat tərzininin təbliğində məsuliyyətli olmalıdır.