Çinli qadın kipriklərində minlərlə gənə yetişdirdi

Baxış sayı: 2. 206 dəfə baxılıb.

Çinli qadın kipriklərində minlərlə gənə yetişdirdi

Çinin Hubey vilayətinin sakininin kipriklərində gənələr yuva salıblar.

32 yaşlı qadın son yarım ildə gözlərinin qıcıqlanmasından və kipriklərinin tökülməsindən şikayətlənib. Xəstəxanaya müraciət etdikdən sonra onun kipriklərində anomal sayda mikroskopik gənələr tapıblar.

Həkimlərin rəyinə görə, qadın yatmadan əvvəl üzündəki kosmetikanı tam yumayıb, yaxud elə kosmetikalı yatıb. Ölmüş dəri və kosmetika çirki gənələrin çoxalması üçün münbit şərait yaradıb.

Gənələrin artımına isti hava şəraiti də təsir göstərir: bir kiprikdə 36-dək qədər həşərat yaşaya bilər.