Çinlilər Pakistanda fahişələrə görə üsyan etdilər - VİDEO

Çinlilər Pakistanda fahişələrə görə üsyan etdilər – VİDEO

Baxış sayı: 3. 220 dəfə baxılıb.

Çinli fəhlələr və mühəndislər Pakistanın Pəncab vilayətində fahişə yanına getmək üçün yaşadıqları düşərgədən çıxmağa qadağaya görə polislə dava ediblər.

ÇıxışYolu.Com-ın xəbərinə, bu barədə “Dawn News” TV məlumat yayıb.

Polisdən bildiriblər ki, çinlilər hüquq-mühafizə orqanlarının əməkdaşlarına və yerli sakinlərə hücum ediblər. Daha sonra tikinti obyektində olan polis bölməsinin işığını kəsiblər.

Aprelin 4-də onlar obyektdə işi dayandırıblar, tikinti texnikalarını yolda qoyublar və polis əməkdaşlarına hücum etməyə başlayıblar.

Qeyd edək ki, əhalisinin 90 faizi müsəlman olan Pakistanda fahişəlik qanunla qadağan edilib, lakin ölkədə, əsasən də Pəncab vilayətində, çoxlu qeyri-qanuni fahişəxana fəaliyyət göstərir.

www.ÇıxışYolu.Com