Qış Olimpiya Oyunlarında idmançıların geyimləri ilə bağlı problemlər sosial şəbəkələrdə geniş müzakirə obyektinə çevrilib.
ÇıxışYolu.Com xəbər verir ki, Olimpiadanın ilk günündə fiqurlu konkisürmə yarışında qısa rəqs proqramını yerinə yetirən zaman yunan mənşəli fransalı Qabriela Papadakisin rəqs geyimi az qala onun yarışdakı çıxışına kölgə salıb.
İngilis bəstəkar Ed Şiranın mahnısının müşayiəti altında tərəfdaşı Qiyom Sizeronla buz üzərində rəqs edən zaman yaşıl-qızılı geyiminin kəməri qırılaraq onu çətin vəziyyətdə qoyub.
Nəticədə onun döşü görünüb. Habelə bundan üzülməyən konkisürən geyiminin qüsurunu aradan qaldırıb və yarışa davam edərək finala vəsiqə qazanıb. Özündə cəsarət tapan xanım gümüş medalın sahibi olub.
Ancaq bu, Olimpiadada qüsurlu geyimlərlə bağlı ilk problem deyil. Bundan əvvəl cənubi koreyalı konkisürən Yura Minin amerikalı tərəfdaşı Aleksander Qeymlinlə debüt çıxışı zamanı qırmızı köynəyi milyonlarla tamaşaçı qarşısında az qala əynindən çıxıb.
O, özünü itirməyərək tez köynəyini düzəldib və çətin vəziyyətdən çıxa bilib. “Instagram” səhifəsində Yura Min bundan sonra geyimlərini özü tikəcəyinə söz verib.
Həmçinin sərbəst proqramda XIX yeri tutmuş Türkiyəni təmsil edən idmançıların geyimi tənqidlə qarşılanıb. Belə ki, ukraynalı Alisa Aqafonova ilə Alper Uçarın geyimi “Reuters”də gedən yazıda mühafizəkar olduğu üçün tənqid olunub.
Qədim Misir forması ilə meydana çıxmış idmançıların bu idman növündə ən qapalı geyimdən istifadə etdiyi bildirilib.
Alisa Aqafonova isə müsəlman bir ölkə adından çıxış etdiyini, lakin nə istəyərsə, onu geyindiyini qeyd edib.
Alper Uçar bildirib ki, Türkiyənin bir qismi də Avropaya aiddir və buna görə onların geyimlərinə qarışılmır:
“Biz multikultural ölkəyik və ənənəvi geyimlərimiz həmişə auditoriya tərəfindən çox yaxşı qarşılanıb. Demokratik ölkəyik, bizə təzyiq yoxdur. Onlar həmişə bizi dəstəklədikləri üçün burada çıxış edirik”.
Səbuhi TOFİQOĞLU
www.ÇıxışYolu.Com