Əfqanıstanın paytaxtı Kabildə toyda partlayış olub. Bu barədə “Tolonews” nəşri ölkənin Daxili İşlər Nazirliyinin mətbuat katibi Nüsrət Rəhimiyə istinadən məlumat verir.
Hadisə yerli vaxtla saat 22:40-da baş verib. Şahidlərin sözlərinə görə, hadisə vaxtı zal qonaqlarla dolu olub. Mənbə qurbanların sayı haqqında hələlik məlumat vermir.
Qeyd olunur ki, Əfqanıstanda adətən toylarda bir neçə yüz adam iştirak edir.