Oyuna yaxşı hazırlaşmışıq. İlk oyunda APOEL-lə qarşılaşmada rəqib öz gücünü göstərib.
ÇıxışYolu.Com xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
47 yaşlı mütəxəssis Avropa Liqasının qrup mərhələsinin sabah keçiriləcək II turunun “Düdelanj”la oyunu öncəsi mətbuat konfransına qatılıb.
Q.Qurbanov görüş barədə fikirlərini açıqlayıb: “Komandamızda zədəli futbolçular var, amma biz bu haqda düşünmürük. Əlimizdə olan futbolçularla ən yaxşısını etməyə çalışacağıq. Bu oyunun nəticəsi turnir cədvəli üçün həlledici deyil. Bəzən son oyunlarda istədiyimiz nəticəni qazanmışıq, bəzən isə əldən vermişik. Qarşıda hələ dörd oyunumuz var. Müasir futbolda çox şey dəyişib, bütün komandalar bir-birini məğlub edə bilər. “Düdelanj” da bu matçın autsayderi deyil, biz məsələyə bu aspektdən baxmırıq”.