ÇıxışYolu.Com - Əməkdar jurnalistin qardaşının evi qarət olundu: "Bu, birinci dəfə deyil"

ÇıxışYolu.Com – Əməkdar jurnalistin qardaşının evi qarət olundu: “Bu, birinci dəfə deyil”

Baxış sayı: 2. 189 dəfə baxılıb.

ÇıxışYolu.Com - Əməkdar jurnalistin qardaşının evi qarət olundu: "Bu, birinci dəfə deyil"

Əməkdar jurnalist Elnarə Dərziyevanın qardaşının evi qarət olunub.

E.Dərziyeva “Facebook” hesabında hadisə ilə bağlı foto və məlumatlar paylaşıb. Bildirib ki, Binəqədi rayonundakı evdən qızıl-zinət əşyaları oğurlanıb.

Hadisə Biləcəri-Binəqədi yolu, döngə 1 ünvanında baş verib. Belə ki, naməlum şəxs və ya şəxslər günorta saatlarında Vüqar Dərziyevə məxsus fərdi yaşayış evinə basqın edərək qızıl-zinət əşyalarını oğurlayıblar.

Hadisə yerinə Binəqədi rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub. Ekspertlər əl izlərini götürüblər.

Məsələ ilə bağlı ÇıxışYolu.Com-ın əməkdaşı Əməkdar jurnalistlə əlaqə saxlayıb. O, açıqlamasında fakt üzrə artıq cinayət işinin açıldığını bildirib:

“Çox acınacaqlı bir vəziyyətdir. Oxşar hadisə ikinci dəfədir başımıza gəlir. Özü də günün günorta çağı. Oğurluğun bir və ya bir neçə nəfər tərəfindən törədildiyi hələ dəqiqləşməyib. Həmin ərazidə yaşayan digər insanların da evi müxtəlif vaxtlarda naməlum şəxslər tərəfindən qarət olunub. Bizə ümumilikdə beş min manat ziyan dəyib.

Oğrular evin altını üstünə çeviriblər. Pul axtarıblar, amma evdə pul olmadığını görüb, qızıl-zinət əşyalarını götürüblər. Ümid edirik ki, cinayətkarlar tez bir zamanda tapılaraq məsuliyyətə cəlb olunacaq”.

Qeyd edək ki, Əməkdar jurnalist Elnarə Dərziyevanın qardaşının evi iki il öncə də qarət olunub.

Rəşad Əliyev