Hər biri layihə olan, dinimizin adını istismar edən terror qruplaşmaları zülmlərin bəhanəsi olaraq görülür. Son NATO zirvəsində hələ də Fransa lideri “İslam terroru”ndan danışır.
“Hürriyyət” xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatının dekabrın 9-da İstanbulda keçirilən toplantısında çıxışı zamanı deyib.
“İslam sözü sülh sözündən yaranmışdır. Siz “İslam terroru” ifadəsi ilə sülh və terroru necə bir yerə gətirə bilərsiniz? Qarşımızda susur, son NATO zirvəsində yenə eyni ifadələri istifadə edir. Parisdə “sarı jiletlilər” çıxdı. Dayandırın, həll edin görək. Niyə dayandıra bilmirsən?”, – Ərdoğan bildirib.