ÇıxışYolu.Com – Ərindən qaçan şahzadəni qardaşı xilas etdi

Baxış sayı: 2. 031 dəfə baxılıb.

İordaniya kralı Abdullah şahzadə Həyya və övladlarını məcburi şəkildə Dubaya qayıtmaqdan xilas edib.

Həyyanın qardaşı, İordaniya kralı II Abdullah onu İordaniyanın Londondakı səfirliyinin rəhbərinin müavini təyin edib.

Sentyabrın 2-də II Abdullah bacısı Şahzadə Həyyanın bu vəzifəyə təyin edilməsi haqqında sərəncam imzalayıb.

“Weekly Blitz” və “Əl-Quds Əl-Ərəbi” media agentliyinin yaydığı xəbərə görə, bu qərar avqustda şahzadənin vəkili ilə uzun məsləhətləşmələrdən sonra qəbul edilib, amma cəmi bir həftə öncə qüvvəyə minib. 

Məsələ bundadır ki, Həyya məhkəmədən onu qəyyumluqla təmin etməsini, qızını məcburi nikahdan qorumasını istəyib, eyni zamanda şahzadə özünə və övladlarına xüsusi mühafizə ayırılmasını istəyib. Belə bir vəsatət, şeyxin qızları Şahzadə Şəmsa və Lətifəni məcburi şəkildə Dubaya qayıtmaqdan da xilas edəcək. İngiltərə şahzadənin qorunma və sığınacaq üçün müraciətini rədd edib. Buna görə İordaniya kralı belə bir addım atmağa məcbur qalıb.

İordaniyanın xarici işlər naziri Ayman Safari kralın bu qərarını pisləyib. O, bu təyinatın İordaniya ilə İngiltərə arasındakı münasibətlərə “zərər verəcəyini” düşünür.  Lakin bu gündən etibarən şahzadə Həyya, oğlu və qızı diplomatik toxunulmazlığa sahibdir və Britaniya hakimiyyəti onları BƏƏ-yə və əri Şeyx Məhəmmədə təhvil verə bilməz.

Qeyd edək ki, bu ilin yazında şahzadə Həyya oğlu və qızı ilə birlikdə ərindən – Dubay əmiri Məhəmməddən qaçıb. 30 və 31 iyul tarixlərində London məhkəməsində iki məhkəmə iclası keçirilsə də, Məhəmməd hər iki iclasa qatılmayıb.

Rəşad Əliyev