Naxçıvan sakini Adəm Abdullayev şəxsi mənfəətə görə öldürülüb.
Bu barədə ÇıxışYolu.Com-ya hüquq-mühafizə orqanlarından məlumat verilib.
Noyabrın 23-də Nurəddin Süleymanov küçəsində tikinti çuxurunda 1964-cü il təvəllüdlü Adəm Qibləli oğlu Abdullayevin yanmış cəsədi aşkar edilib. Cəsədin müayinəsi zamanı patoloq-anatomlar çoxlu sayda bıçaq yarası qeydə alıblar.
İsti izlərlə Gəncə sakini, əvvəllər Cinayət Məcəlləsinin 333-cü maddəsi (Hərbi hissəni icazəsiz tərk etmə) ilə məhkum edilmiş 1986-cı il təvəllüdlü Bayramov Hacı Tuqay Gündüz oğlu saxlanılıb.
İlkin məlumatlara görə, qətldən bir müddət əvvəl A.Abdullayev və T.Bayramov birlikdə spirtli içki qəbul ediblər. Buna görə, onlar yaxınlıqdakı apteklərin birindən tibbi spirt alıblar. Alkoqol qəbulundən sonra kişilər arasında münaqişə baş verib – sərxoş içki yoldaşları bir-birini təhqir etməyə başlayıblar. Nəticədə nizamsız həyat tərzi sürən T.Bayramov yoldaşını bıçaqlayıb. Daha sonra T.Bayramov meyiti çuxura qədər sürüyərək orada yandırıb.
İstintaq nəticəsində məlum olub ki, cinayət şəxsi mənfəət məqsədilə törədilib. Çünki T.Bayramov plastik butulkalar toplayaraq, onları A.Abdullayevə satmaqla pul qazanırmış. Alıcısının pulu olduğunu bilən T.Bayramov onu öldürməyi planlaşdırıb. Cinayət hadisəsindən sonra qatil qurbanından min manat və bank kartları oğurlayıb.
Cəsəddən qurtulmaq üçün T.Bayramov hələlik adı məlum olmayan qardaşına kömək üçün müraciət edib. Onlar birlikdə meyiti çuxura doğru sürüyərək orada yandırıblar. Cinayətin ikinci iştirakçısı da tutulub.
Faktla bağlı istintaq davam edir.
Ramella İbrahimxəlilova