ÇıxışYolu.Com – 10 yaşlı azərbaycanlı Danimarka çempionu oldu

Baxış sayı: 2. 304 dəfə baxılıb.

ÇıxışYolu.Com - 10 yaşlı azərbaycanlı Danimarka çempionu oldu

10 yaşlı azərbaycanlı qız Danimarka çempionu olub.

Diaspor üzrə ekspert Elnur Eltürkün ÇıxışYolu.Com-a verdiyi məlumata görə, 10 yaşlı azərbaycanlı Nuriyə Sona İlhan Danimarkada keçirilən bədii gimnastika çempionatının qalibi olub.

Nuriyə 22 fevral 2009-cu ildə Danimarka Krallığında doğulub. O, beş yaşından bədii gimnastika üzrə məşqlərə başlayıb.

10 yaşlı Nuriyə “Greve Gymnastik og Trampolin” və RSG klublarının üzvüdür. 10 qızdan təşkil olunmuş qrupun adı ”Vivanit”dir. Son üç ildə bu qrup Danimarka çempionu olub.

Nuriyə fərdi çıxışa 2018-ci ildə başlayıb və 2019-cu ilin Danimarka çempionu adını qazanıb.