Azərbaycanın cüdo üzrə həm kişilərdən, həm də qadınlardan ibarət milli komandasının 17 üzvü hazırda Yaponiyada təlim-məşq toplanışındadır.
ÇıxışYolu.Com xəbər verir ki, idmançılarımız baş məşqçilər Ruslan Maşurenko, Rəşad Məmmədov və məşqçi Elxan Məmmədovun rəhbərliyi altında gündə iki dəfə məşq edərək, gələcək beynəlxalq yarışlara hazırlaşırlar.
Tokio toplanışında Kəramət Hüseynov, Oruc Vəlizadə, İbrahim Əliyev, Orxan Səfərov, Nicat Şıxəlizadə, Rüstəm Orucov, Hidayət Heydərov, Murad Fətiyev, Məmmədəli Mehdiyev, Elmar Qasımov, Zelim Kotsoyev, Uşanqi Kokauri, İçinxorlu Munxtsedev, Aişə Qurbanlı, Leyla Əliyeva, Aleksandra-Larisa Florian və Gültac Məmmədəliyeva iştirak edir.
Qeyd edək ki, cüdoçularımızın bu il üçün ən ciddi son sınağı dekabrın 12-dən 15-dək Çinin Çintau şəhərində keçiriləcək nüfuzlu “Masters” yarışı olacaq. Dünyanın ən güclü cüdoçularının qatılacağı beynəlxalq turnir Tokio-2020 Olimpiadasına lisenziya xarakteri daşıyacaq.
Bu yarışda Olimpiadaya düşmək ehtimalı yüksək olan 11 idmançımız mübarizə aparacaq. Həmin idmançılar bunlardır: Nicat Şıxəlizadə, Orxan Səfərov (hər ikisi -66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi -73 kq), Məmmədəli Mehdiyev (-90 kq), Elmar Qasımov, Zelim Kotsoyev (hər ikisi -100 kq), Uşanqi Kokauri (+100 kq), Leyla Əliyeva, Aişə Qurbanlı (hər ikisi -48 kq) və İrina Kindzerskaya (+78 kq).
Səbuhi Musayev