Yasamal rayonunda 40 yaşlı kişi kəsici alətlə özünə xəsarət yetirib.
ÇıxışYolu.Com xəbər verir ki, 1979-cu il təvəllüdlü Şıxəliyev Şirəli Gülabbas oğlu yaşadığı evin həyətində özünü iti alətlə yaralayıb.
O, ağır vəziyyətdə 1 saylı Klinik Tibbi Mərkəzə çatdırılıb və təcili olaraq cərrahi əməliyyat edilib.
Xəstəxananın növbətçi cərrahı Bəhram Zeynalovun sözlərinə görə, Ş.Şıxəliyev ülgüclə qarnına xəsarət yetirib.
Vəziyyəti orta-ağır qiymətləndirilir.
Hadisənin dəqiq hansı səbəbdən baş verməsi araşdırılır.
Kamil Əmirli, Elşad Mətləboğlu