Göyçay şəhər 2 saylı tam orta məktəbində maraqlı görüş keçirilib. 1969-cu ildə məktəbi bitirən məzunlar 50 il sonra bir araya gəliblər. Görüşdə məktəbin pedaqoji kollektivi, təqaüdçü müəllimlər, şagirdlər və valideynlər iştirak ediblər.
Məzunlar arxiv şəkillərindən ibarət albom və güşələrlə tanış olublar. 50 il əvvəl ilk dəfə dərs keçdikləri sinif otağında hər kəs öz yerində əyləşib. Məzunlar məktəblə bağlı xatirələrini bölüşüblər.
Görüşdə iştirak edənlər arasında 1969-cu ildə məzun olan “Aznar” şirkətinin rəhbəri Fərhad Əhmədov da olub. O təhsil ocağına müxtəlif hədiyyələr bağışlayıb.