ÇıxışYolu.Com - Abituriyentlərin nəzərinə! - İmtahan vaxtları dəyişdi

ÇıxışYolu.Com – Abituriyentlərin nəzərinə! – İmtahan vaxtları dəyişdi

Baxış sayı: 3. 922 dəfə baxılıb.

ÇıxışYolu.Com - Abituriyentlərin nəzərinə! - İmtahan vaxtları dəyişdi

Dövlət İmtahan Mərkəzi 2019-cu ildə keçirilməsi nəzərdə tutulan bəzi imtahan günlərində dəyişiklik edib.

Mərkəzdən verilən məlumata görə, ali təhsil müəssisələrinə I və IV ixtisas qrupları üzrə birinci (yaz) qəbul imtahanı mayın 12-də, II və III ixtisas qrupları üzrə mayın 19-da keçiriləcək. I və IV ixtisas qrupları üzrə ikinci imtahan (yay imtahanı) isə iyunun 23-də keçiriləcək.

Əvvəlki illərin məzunları üçün ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul imtahanının ikinci mərhələsi 30 iyunda keçiriləcək.

Dövlət qulluğuna qəbul olmaq üçün iyunun 23-də keçirilməsi nəzərdə tutulan imtahan iyunun 30-da keçiriləcək.

Digər imtahanların tarixləri və tədbirlərin qrafiki olduğu kimi qalır.