ÇıxışYolu.Com – ABŞ-da 11 yaşlı uşaq həbs edildi

Baxış sayı: 4. 359 dəfə baxılıb.

ÇıxışYolu.Com - ABŞ-da 11 yaşlı uşaq həbs edildi

ABŞ-ın Florida ştatında 11 yaşlı məktəbli ABŞ bayrağına hörmətsizlik etdiyinə görə həbs olunub.

Bu barədə “New York Post” məlumat yayıb.

Şagird məktəbdə nizam-intizam qaydalarını pozmaqda və həbs edilən zaman polisə müqavimət göstərməkdə ittiham olunur. O, cəza olaraq məktəbdən müvəqqəti xaric edilib.

Məlumata görə, adı açıqlanmayan həmin şagird ABŞ dövlət himni oxunan zaman ayağa qalxmaqdan və bayrağa hərbi salam verməkdən imtina edib.

Öz hərəkətinə bəraət qazandırmaq üçün bayrağın irqçilərə məxsus olduğunu, dövlət himnində isə afroamerikalıların təhqir edildiyini bildirib. Müəllimi buna cavabında “Xoşun gəlmirsə, ölkədən get”, – deyə bildirib.

Sonuncunun şagirddən məktəb rəhbərliyinə şikayət etməsindən sonra şagird müəllimi təhdid etməyə başlayıb. Nəticədə məktəb rəhbərliyi polis çağırmaq məcburiyyətində qalıb.