ABŞ-ın Filadelfiya şəhərində “Philadelphia Energy Solutions” neft emalı zavodunda partlayış baş verib.
“İnterfaks” xəbər verir ki, partlayışdan sonra güclü yanğın başlayıb. Alov və qatı tüstü bir neçə kilometr məsafədən müşahidə olunub.
Hadisə yerinə onlarla yanğınsöndürən göndərilib. Yanğını nəzarət altına almaq mümkün olub.
Yaralılar və ölənlər haqqında hələlik məlumat yoxdur.
Qeyd edək ki, bu, iyun ayında zavodda baş verən ikinci yanğın hadisəsidir.
Authorities say the huge fire in Southwest Philadelphia is contained to that single refinery, no injuries reported. If you captured video of the explosion(s) please post it using hashtag #6abcAction pic.twitter.com/PjPLE9FMrO
— Matt O’Donnell (@matt_odonnell) 21 июня 2019 г