ABŞ-da Atalantadan Baltimora uçan təyyarənin mühərriklərindən biri yanıb.
“Lenta.ru” xəbər verir ki, hadisə sərnişinlərdən biri tərəfindən videoya çəkilib.
Loqan Uebb adlı şəxs çəkdiyi videonu “Twitter”də paylaşıb. Görüntülərdən aydın olur ki, hava gəmisinin hərəkəti əsnasında onun mühərriklərindən birinin detalı qırılır və içində yanğın başlayır.
Pilotlar təyyarəni təcili olaraq Roli-Darem aeroportuna endirməyi bacarıblar. Hadisə zamanı 148 sərnişindən heç biri xəsarət almayıb.
Video I took from my seat on my flight from Atlanta to Baltimore yesterday! Thanks @Delta for the silly smooth emergency landing! #perfect #execution To use this video in a commercial player or in broadcasts, please email licensing@storyful.com pic.twitter.com/TUFzREl0Lc
— Logan Webb (@Micahlifa) 9 Temmuz 2019