ABŞ-ın Vircinya ştatında yağış səbəbindən çökmüş yola düşən avtomobil torpağın altında qalıb.
“Haberler.com” xəbər verir ki, yolun altından keçən borunun partlaması səbəbindən nəqliyyatın axını zamanı qəflətən çökən yolda böyük çuxur açılıb.
Bu zaman hərəkətdə olan avtomobillərdən biri həmin çuxura düşüb.
Bir müddət sonra tamamilə görünməz olan nəqliyyat vasitəsi torpağın altında qalıb.