ABŞ Avropa İttifaqının (Aİ) müdafiə siyasətinin ölkənin maraqları ilə əlaqəsini saxlamaq üçün İttifaqa ultimatum verib.
Lenta.ru xəbər verir ki, ABŞ Avropanın müdafiə siyasətinin dəyişməsini tələb edir.
Belə ki, Birləşmiş Ştatlar öz şirkətlərinin Avropanın hərbi layihələrində iştirak etməsini istəyir. Amerikalıların fikrincə, mövcud normalar bunun qarşısını alacaq.
Lakin Aİ ABŞ-ın tələbi ilə razı deyil. “El Pais” yazır ki, İttifaq “hərbi materialların ixracı üzrə ABŞ normativlərinin tələsi”nə düşməkdən çəkinir. Buna cavab olaraq Donald Tramp administrasiyasından bildiriblər ki, əgər tərəflərin hərbi sənayeləri birgə işləyə bilməsə, onda zəruri məqamda müttəfiqlərdən kömək gəlməyə bilər və Avropa özünü təkbaşına müdafiə etməli olacaq.
Qeyd edək ki, fikir ayrılığı gələcək Avropa Müdafiə Fondunun normativləri və “Hərbi tərəfdaşlığın daimi strukturlaşdırılması” (PESCO) hərbi proqramı üzrə layihələrlə bağlı yaranıb. Proqram təhlükəsizlik və müdafiə sahəsində sıx əməkdaşlığa hesablanıb.