ABŞ Türkiyəyə S-400 kompleksləri ilə bağlı ultimatum verib.
CNBC xəbər verir ki, ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Key Beyli Hatçinson Türkiyənin ABŞ-ın F-35 təyyarələrini əldə etməsi üçün Rusiyanın S-400 komplekslərindən imtina etməli olacağını bildirib.
O qeyd edib ki, Rusiya ABŞ və NATO-nun əsas rəqibi olduğu üçün onları zəiflətmək istəyir. Bu üzdən Türkiyə ABŞ raketlərinə qarşı yaradılan silahlara malik olmamalıdır.
“Seçim sizindir. Ya birini, ya digərini seçməlisiniz”, – deyə o vurğulayıb.