ÇıxışYolu.Com – ABŞ hərbi gəmiləri İran körfəzinə daxil oldu

Baxış sayı: 2. 606 dəfə baxılıb.

ABŞ-la İran arasında münasibətlərin gərginləşməsi fonunda Birləşmiş Ştatların hərbi dəniz qüvvələrinə məxsus idarəolunan raketlərlə təchiz olunmuş iki ekskadra minadaşıyıcısı İran körfəzinə daxil olub.

Bu barədə “USNI News” məlumat yayıb.

“USS McFaul” və “USS Gonzales” gəmiləri hər hansı insident yaşanmadan və İran sahil mühafizə qüvvələrinin müdaxiləsi olmadan Hörmüz boğazından keçib.

Bundan əvvəl İranın İnqilab Keşikçiləri Korpusu ABŞ-da tammiqyaslı müharibə astanasında olduğunu bəyan etmişdi. “Sepah” komandirlərindən birinin dediyinə görə, düşmənin təzyiqləri ilə müşayiət olunan indiki zaman İran tarixində həlledici zamandır.

Xatırladaq ki, mayın 15-də ABŞ ordusu İran tərəfindən təhdidlərin olmasını əsas gətirərək, İraqdakı hərbi kontingentini yüksək döyüş hazırlıq səviyəsinə gətirib.