ABŞ-ın ən qoca sakini Aleliya Merfi ölüb.
CNN xəbər verir ki, qadın noyabrın 28-də Nyu-Yorkda 114 yaşında vəfat edib.
Merfi 1909-ci ildə Şimali Karolinada dünyaya göz açıb, 1926-cı ildən Nyu-Yorkda yaşayıb. Son illərini nəvəsi və köməkçisi ilə keçirib.
Onun həmyaşıdı Xester Ford bundan sonra ABŞ-ın ən qoca qadını sayılacaq. Dünyanın ən qoca qadını – 116 yaşlı Kane Tonaka isə Yaponiya sakinidir.