ABŞ-ın Florida ştatının Palm-Biç-Qardens şəhərinə zəhərli qurbağalar kütləvi axın edib.
Bu barədə “Moterboard” nəşri məlumat yayıb.
Quyruqsuzlar piyada və maşın yollarına, həyətlərə, çimərlik hovuzlarına doluşur, ev heyvanlarına ciddi təhlükə yaradır. Yerli mütəxəssislər minlərlə qurbağanın üzə çıxmasını fevralda havanın anomal isti keçməsi ilə əlaqələndirir.
“Qış həmişəkindən isti keçib, sonra 2-3 həftə leysan yağışlar yağıb. Nəticədə “Aq” qurbağalarının cütləşmə sikli başlayıb”, – deyə ziyanvericilərlə mübarizə aparan “Toad Busters” şirkətinin rəsmisi Mark Holledey bildirib.
Yaxın günlərdə qurbağa sayının daha da artacağı gözlənilir.
#UPDATE: Toad Busters confirms the infestation is Cane Toads or Bufo, which can kill pets and is dangerous to children. Experts say they’re coming from lakes and we’re seeing more bc of a mild winter. “There will be another influx in 22 days.” @WPTV pic.twitter.com/6nZqVSBJD8
— Ryan Hughes (@HughesWPTV) 20 March 2019