ABŞ hərbçiləri Suriyadakı özlərinə məxsus aviabazanı ölkədən çıxmaq üçün keçirilən əməliyyat zamanı məhv ediblər. Bu barədə SANA məlumat yayıb.
Hərbi nəqliyyat təyyarələri və helikopterlər üçün nəzərdə tutulmuş Əl-Kulayb bazasının bombalandığı bildirilir.
Agentliyin məlumatına görə, daha əvvəl ABŞ hərbçiləri Tel-Tamr – Qamışlı şossesinin yaxınlığındakı Kasraq kəndindəki obyektlərini minalamışdılar.
Qeyd edək ki, ABŞ-ın hava və quru yolu ilə minə yaxın əsgəri Suriyadan İraqa köçürəcəyi və orada “İslam dövləti” terror təşkilatının qüvvələri ilə mübarizəni davam etdirəcəyi bildirilir. Bütün köçürmə prosesi bir neçə həftə çəkəcək.