Abşeron rayonunda baş verən qəzada 1 nəfər ölüb.
ÇıxışYolu.Com bildirir ki, hadisə Ekoloji Nəzarət Postunun yaxınlığında baş verib. 1989-cu il təvəllüdlü Məmmədov Fariz Zakir oğlu idarə etdiyi “Mercedes” markalı minik avtomobili ilə hərəkətdə olarkən təxminən, 30-35 yaşlarında kişini vurub.
Piyada hadisə yerində ölüb. İlkin məlumata görə, qəza ölən şəxsin piyadalar üçün təyin olunmamış yerdən yolu keçmək istəyərkən baş verib.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.
Kamil Əmirli
Elşad Mətləboğlu