Abşeron rayonunda 62 yaşlı kişi özünü bıçaqlayıb.
ÇıxışYolu.Com xəbər verir ki, hadisə Mehdiabad qəsəbəsi, Qarand yaşayış massivində baş verib. Belə ki, qəsəbə sakini 1957-ci il təvəllüdlü Allahverdiyev Fərhad Müsül oğlu özünə qarın nahiyyəsində bıçaqla xəsarət yetirib.
Yaralı ağır vəziyyətdə 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib.
Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Kamil Əmirli
Elşad Mətləboğlu