Abşeron rayonunda partlayış baş verib.
ÇıxışYolu.Com xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb.
“İntertexnika” MMC-nin anbarında qaz sızmasından baş verən partlayış nəticəsində şirkətin istismar rəisi, 1982-ci il təvəllüdlü Qasımov Azad Vahid oğlu və onun azyaşlı oğlu, 2013-cüil təvəllüdlü Qasımov Şəhriyar Azad oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Dursun Tağıyeva