ÇıxışYolu.Com – Adam öldürən çeçen Kadırovun bir sözü ilə polisə gəldi

Baxış sayı: 2. 923 dəfə baxılıb.

ÇıxışYolu.Com - Adam öldürən çeçen Kadırovun bir sözü ilə polisə gəldi

Moskvada Mojay şossesində ölümlə nəticələnən ağır yol qəzasına səbəb olmuş “Gelandewagen” sürücüsü Müslim Cambekov polisə təslim olmağa qərar verib. O, etdiyi videomüraciətdə törətdiyi əmələ görə üzrxahlıq edib.

Bu barədə REN TV məlumat yayıb.

“Mən zərərçəkənlərin əzizləri və yaxınlarına başsağlığı verirəm. Öz xalqım qarşısında, Rusiya vətəndaşları qarşısında üzr istəyirəm. Anladım ki, belə davam edə bilməz və təslim oldum”, -deyə Cambekov bildirib.

Xatırladaq ki, bundan əvvəl Çeçenistan rəhbəri Ramzan Kadırov Moskvanın Mojay şossesində iki nəfərin ölümü ilə nəticələnən qəzada günahlandırılan şəxsi polisə gəlməyə və əməlinə görə cavab verməyə çağırmışdı.

Kadırov özünün “Telegram” kanalında respublikanın hüquq-mühafizə orqanlarını günahkarın yerini müəyyən etmək üçün təxirəsalınmaz tədbirlər həyata keçirməyə səsləmişdi.

Xatırladaq  ki, martın 24-də Mojay şossesində “Mercedes Gelandewagen” və “Niva” avtomobili toqquşub. “Niva” avtomobilinin sərnişinləri, ana və qızı hadisə yerində ölüb, ailənin başçısı olan sürücü ciddi xəsarətlərlə xəstəxanaya yerləşdirilib.