ÇıxışYolu.Com – Adamyeyən qatil azadlıqdadır

Baxış sayı: 2. 359 dəfə baxılıb.

ÇıxışYolu.Com - Adamyeyən qatil azadlıqdadır

2004-cü ildə qadını öldürüb yeyən britaniyalı Pol Dürant azadlığa buraxılıb və hazırda Londonda yaşayır.

Bu barədə Böyük Britaniyanın “Mirror” nəşri məlumat verib.

Nəşrin xəbərinə əsasən, cinayətkarın 60 yaşı tamam olub. 2004-cü ildə o, 41 yaşlı rəfiqəsi Karen Darrelin yoxa çıxmasına görə günahı öz üzərinə götürüb.

Dürant, onu küt alətlə ölümcül döydüyünü, sonra hissələrə bölüb yediyini etiraf edib. Onun polisə nişan verdiyi mənzildə bıçaq, mişar və çoxlu qan izləri aşkar edilib, lakin iki uşaq anası olan Darrelin cəsədi tapılmayıb.

Keçmiş heroin aludəçisi olan Dürant iki qarət hadisəsində təqsirləndirildiyi üçün İspaniyada gizlənib. Orda isə ona amansız qətl ittihamı ilə 12 il həbs cəzası verilib, lakin 2010-cu ildə cinayətkar Britaniya hökumətinə təhvil verilib və soyğunçuluqla bağlı ittihamlar əlavə olunaraq, 9 ilə yaxın həbsdə saxlanılıb.

Təxminən bir ay öncə qatil azadlığa buraxılıb və hazırda Londonun şərqində, Tauer Hamlets ərazisində yaşayır.