ÇıxışYolu.Com – Adriana Lima ABŞ vətəndaşı oldu

Baxış sayı: 2. 175 dəfə baxılıb.

Dünya model arenasının ən populyar siması olan Adriana Lima ABŞ vətəndaşlığı alıb. 

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə Adriana şəxsi “Instagram” hesabında paylaşıb.

Uzun illərdir Birləşmiş Ştatlarda yaşayıb və orada modellik karyerasını davam etdirən braziliyalı Lima vəkili ilə foto çəkdirərək, bu günün onun üçün çox önəmli olduğunu yazıb.

Beləcə, o, artıq ABŞ vətəndaşı olduğunu bəyan edib.

Rəşad Əliyev