“Aeroflot” şirkəti Simferopol- Moskva reysi ilə uçan təyyarə ilə əlaqənin itirilməsi barədə xəbəri təkzib edib.
“Biz bu məlumatı təkzib edirik. Təyyarə ilə əlaqəni itirməmişik”,- deyə şirkətin nümayəndəsi İnterfaks agentliyinə bildirib.
Daha öncə agentlik Simferopol- Moskva reysi ilə uçan Airbus A320 tipli təyyarənin radarlardan itməsi barədə məlumat yaymışdı.
19:19
Rusiyaya məxsus, Simferopoldan Moskvaya uşan Airbus A320 tipli təyyarə dispetçer xidməti ilə əlaqəni itirib.
Bu barədə ilk məlumatı İnterfaks yayıb.
Dünən Moskvada hava limanında baş vermiş təyyarə qəzasından sonra bu hadisə böyük həyəcan yaradıb. Hələlik təyyarə ilə əlaqə yaratmaq mümkün olmayıb.