ÇıxışYolu.Com - Afaq Bəşirqızı: Ramiz Əzizbəylinin ətini yesəm də, sümüyünü heç kəsə vermərəm

ÇıxışYolu.Com – Afaq Bəşirqızı: Ramiz Əzizbəylinin ətini yesəm də, sümüyünü heç kəsə vermərəm

Baxış sayı: 3. 670 dəfə baxılıb.

ÇıxışYolu.Com - Afaq Bəşirqızı: Ramiz Əzizbəylinin ətini yesəm də, sümüyünü heç kəsə vermərəm

ARB TV-də yayımlanan “Səhər-səhər” proqramında qonaq olan Xalq artisti Afaq Bəşirqızı həmkarı Ramiz Əzizbəyli ilə illərdir aralarında yaşanan qalmaqaldan söz açıb.

ÇıxışYolu.Com xəbər verir ki, Bəşirqızı səhər şousunda Əzizbəylinin müsahibələrin birində söylədiyi “Mən illərdir ki, onunla küsülüyəm. Günah özündə olub, çox yuxarıdan getdi, ağzına gələni danışdı. Mənim çəkdiyim filmlə tanınıb uğur qazandı. “Bəxt üzüyü”ndən sonra Xalq artisti adını aldı. Heç barışmağa ehtiyac da yoxdur, bu, mümkün olan iş deyil” sözlərinə görə onu bağışladığını bildirib:

“Bu əsəri (“Bəxt üzüyü” – red.) Ramiz Əzizbəyli çəkdi. Filmdə oynayan hər bir aktyorun əzab-əziyyəti var. Bir aktrisa ilə nə teatr, nə tamaşa, nə də ki, film olmaz. Orada jurnalistlər Ramiz Əzizbəyliyə çox savadsız bir sual vermişdilər. O da çox kobud cavab vermişdi. İnsanın xasiyyətində ərköyünlük var, amma mənə qarşı çox ərköyünlük etdi.

Buna rəğmən, mən onu bağışladım. Çünki Ramiz Əzizbəylini illərdir tanıyıram. Ətini yesəm də, sümüyünü heç kəsə vermərəm. Mən Ramiz Əzizbəylini bağışlayıram. Amma mən o sözü heç bir mətbuatda, heç bir yığıncaqda, heç bir jurnalistə deməmişdim”.

Qeyd edək ki, hər iki sənətkarın bir-birinə düşmən kəsilməsinə səbəb 1991-ci ildə Ramiz Əzizbəylinin rejissorluğu ilə lentə alınan “Bəxt üzüyü” filmi olub. Ekran əsərində baş rolu ifa edən Afaq Bəşirqızının “Bəxt üzüyü”nə mənə görə baxılır” deməsi tərəfləri üz-üzə qoyub, onlar arasında qalmaqal yaşanıb. Qəzəblənən Ramiz Əzizbəyli cavab olaraq, aktrisanı nankorluqda ittiham edib.

Rəşad Əliyev