Ağdam rayonunda yanğın hadisəsi baş verib.
ÇıxışYolu.Com-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Dörd yol-1 qəsəbəsində qeydə alınıb.
Məcburi köçkün Elgiz Qənbərova məxsus üç min ədəd ot bağlaması yanaraq kül olub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin Bərdə və Ağdam rayon şöbələrinin əməkdaşları cəlb olunub, alov söndürülüb.
Yanğın nəticəsində fermerə 8 min manata yaxın ziyan dəydiyi bildirilir.
Heyvandarlıqla məşğul olan E.Qənbərov ot bağlamalarını qış tədarükü üçün aldığını deyib.
Faktla bağlı araşdırma aparılır.